Böyük hüquqşünas

Müraciət sonu: İyul 15, 2025
İndi Müraciət Et

İş Təsviri

METAK

İşin təsviri

Şirkətin ümumi hüquqi strategiyasının formalaşdırılmasında və hüquqi siyasətlərin hazırlanaraq tətbiqində iştirak etmək;
Mühüm müqavilələrin hazırlanması, hüquqi ekspertizasını aparmaq və kommersiya risklərini qiymətləndirmək;
Məhkəmə proseslərinə rəhbərlik etmək, mübahisəli məsələlərdə hüquqi mövqenin hazırlanması və müdafiəsini təmin etmək;
Yerli və beynəlxalq qanunvericiliyi sistemli şəkildə izləmək, dəyişiklikləri təhlil edərək şirkət fəaliyyətinə düzgün şəkildə inteqrasiya etmək;
Dövlət orqanları və tənzimləyici qurumlarla strateji hüquqi yazışmaları hazırlamaq və münasibətləri idarə etmək;
Korporativ hüquqi sənədlərin, daxili qərarların və normativ aktların qanunvericiliyə uyğunluğunu təmin etmək və nəzarət etmək;
Şirkət daxilində hüquqi konsultasiyaların təşkili, hüquqi auditlərin keçirilməsi və nəticələr üzrə rəhbərliyə tövsiyələrin verilməsi;
Maliyyə, insan resursları, satış və digər əsas funksional bölmələrə hüquqi müşavirlik və dəstək göstərmək;
Kommersiya sirri və hüquqi məxfiliyin qorunmasına nəzarət etmək və bu sahədə maarifləndirmə aparmaq;
Şirkətin rəhbərliyini hüquqi risklər, qanunvericilikdəki dəyişikliklər və potensial hüquqi imkanlar barədə məlumatlandırmaq və hüquqi strategiyalar təklif etmək;
Zəruri hallarda hüquq şöbəsinin daha junior üzvlərinin işini yönləndirmək və onlara mentorluq etmək.
Tələblər

Ali hüquqi təhsil (magistr dərəcəsi üstünlükdür);
Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən mülki, əmək, vergi və korporativ hüquq sahələrində dərin bilik və təcrübə;
Mübahisələrin həlli və məhkəmə proseslərində peşəkar təcrübə və sübut olunmuş uğurlu nəticələr;
Korporativ hüquqi sənədlərin hazırlanması və idarə olunmasında təcrübə;
Qanunvericilikdəki dəyişiklikləri təhlil etmək və onları biznes proseslərinə tətbiq etmək bacarığı;
Analitik düşüncə və kompleks hüquqi məsələləri qiymətləndirmə və həll etmə qabiliyyəti;
Müstəqil işləmə bacarığı ilə yanaşı, komanda ilə səmərəli əməkdaşlıq qurmaq bacarığı;
Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək (hüquqi sənədlərlə işləmə bacarığı);
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
MS Office proqramlarını (xüsusilə Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
Peşəkarlıq, etik davranış və məxfilik prinsipinə sadiqlik.
İş şərtləri

5 günlük iş həftəsi;
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.