Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Avrora

Əsas vəzifə öhdəlikləri:

Brendin strateji inkişafı və yerli bazarların xüsusiyyətlərinə uyğun marketinq və reklam kampaniyalarının hazırlanması;
Bazar təhlili, rəqabət mühiti və hədəf auditoriyasının ehtiyaclarının müəyyən edilməsi;
Beynəlxalq tərəfdaşlar və daxili komandalarla (marketinq, logistika) sıx əməkdaşlıq edilməsi;
Effektiv kommunikasiya və reklam kampaniyalarının hazırlanması, həyata keçirilməsi;
İcra olunan brend tədbirlərinin effektivliyinin ölçülməsi və hesabatların hazırlanması;
Brend büdcəsinin idarə edilməsi və xərclərinin optimallaşdırılması;
Fərqli ölkələrdəki marketinq strategiyalarının araşdırılması və brendlə uyğunlaşdırılması;
Məhsulların bazarda mövqeyinin müəyyənləşdirilməsi və təqdim edilməsi
Tələb olunan bilik və bacarıqlar:

Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Güclü analitik düşüncəyə malik olması;
MS Office (xüsusilə Excel və PowerPoint) proqramları yaxşı səviyyədə bilməsi;
Kollektivdə işləmə bacarığı;
Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes istiqamətində);
Marketinq və ya brend menecmenti sahəsində min 3 illik təcrübə (FMCG sahəsində təcrübə üstünlükdür);
Dil bilikləri: Rus dili yaxşı səviyyədə bilməli (ingilis dilini bilməsi üstünlük təşkil edir);
İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;
Dinamik və yaradıcı komanda;
Nahar şirkət tərəfindən təmin edilir;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları.