Büdcə və Hesabatlılıq üzrə Aparıcı Mütəxəssis

May 29, 2025
Müraciət sonu: İyun 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Avrora

Əsas vəzifə öhdəlikləri:

Törəmə müəssisələrin ERP proqramlarında əməliyyatların yoxlanılması;
Əməliyyatlarda olan kənarlaşmaları aşkarlayıb düzəlişlər edilməsi üçün təqdim edilməsi;
Əməliyyatların icrası zamanı proseslərin axarlığının təmin edilməsi və lazımi hesabatların alınması üçün proqramda edilməli dəyişiklik və əlavələrin hazırlanıb İT dəstək əməkdaşlarına təqdim edilməsi;
Maliyyə və İdarəetmə hesabatlarının hazırlanması;
İdarəetmə hesabatının tələblərinə əsasən əlavə hesabatların hazırlanması;
Görüşlər üçün təqdimatların hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:

Yüksək səviyyədə Excel bilikləri;
ERP proqramları (1C, ERP və Logo ERP) ilə bağlı biliklər;
İFRS Sertifikatlarının ən azı 2-nə malik olması (F2, F3, F5, F7);
Komandada işləmə bacarığı;
Analitik düşünmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Təhsil: Ali (Maliyyə və mühasibatlıq sahəsində);
İş təcrübəsi: Maliyyə və Hesabatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);
İş yeri: Aşıq Molla Cümə, 46C.
İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Şirkət hesabına korporativ nömrə;