İş Təsviri
Azerbaijan Airlines
Təsvir
Fəaliyyət planı və strateji hədəflərə uyğun olaraq dövri və illik büdcə hesabatlarının tərtibi və optimallaşdırılması;
Qısamüddətli və uzunmüddətli maliyyə proqnozlarının hazırlanmasında iştirak;
Büdcə göstəricilərinin faktiki nəticələrlə müqayisəli təhlili və əsas fərqlərin izah edilməsi;
Maliyyə və iqtisadi göstəricilər əsasında performans nəticələrinin analizi və trendlərin müəyyən olunması;
İnvestisiya proyektlərinin təhlili və izlənməsi;
Büdcə modellərinin qurulması, risklər və imkanlar əsasında alternativ büdcə ssenarilərinin işlənməsi və stress test modellərinin hazırlanması;
Vizuallaşdırılmış idarəetmə hesabatlarının hazırlanması.
Tələblər
Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək;
Təcrübə: Büdcə planlaşdırılması, Maliyyə modellərinin qurulması, Maliyyə və ya İdarəetmə hesabatlarının hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi;
Sertifikatlar: CFA Level I və ya ACCA (xüsusilə F5, F7, F9);
Kompüter bilikləri: MS Excel (nested functions, Power Query, VBA), PowerPoint;
Yumşaq Bacarıqlar: Analitik düşüncə, effektiv kommunikasiya və təqdimat bacarıqları.
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat