Büdcələmə və maliyyə hesabatlılığı üzrə baş mütəxəssis

May 30, 2025
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

LANDAU Education Group

Təsvir

Maliyyə modellərinin tərtib edilməsi;
İllik büdcə hesabatlarının tərtib edilməsi;
Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
Aylıq göstəricilər əsasında illik ehtimal hesabatlarının hazırlanması;
İllik maliyyə hesabatının beynəlxalq standartlar əsasında hazırlanması;
Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi;
Maliyyə analizlərinin aparılması təklif və tövsiyyələrin verilməsi;
Maliyyə məlumatların konsolidasiyasının aparılması;
Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlilərin aparılması, maliyyə sənədlərinin hazırlanması.
Tələblər

Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (MS Excel və MS Word);
Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi üzrə bakalavr təhsili;
Maliyyə, Hesabatlılıq, Büdcələmə, Audit sahələrində 3-4 il iş təcrübəsi;
Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
İngilis və rus dili bilikləri arzu olunandır;
IFRS sertifikatlarının olması (F3, F7, F8) arzu olunandır;
Modelləşmə sertifikatının olması (FMVA) arzu olunandır;
Rəhbər olmadıqda görüşlərə qatıla bilmə və görüşləri apara bilmə təcrübəsinin olması arzu olunandır;
ERP sistemləri ilə işləmə bacarığı arzu olunandır;
Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
Güclü analitik bacarığı;
Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli;
Biz nə təklif edirik:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis mövcuddur);
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Vakansiya növü – Tam ştat