Canlı Dəstək Agenti

Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

Company

Ünvan – Bakı, Azərbaycan

Bolt-un Canlı Dəstək Agentləri olaraq, canlı gedişlər zamanı həm sürücülər, həm də sərnişinlər üçün ön xətt dəstək rolu oynayırsınız. Burada əsas vəzifəniz – həssas məsələlərin (təhlükəsizlik, təcili hallar, daxili eskalasiyalar və s.) real vaxt rejimində izlənməsi və zərurət yarandıqda dərhal müdaxilə edərək xidmət səviyyəsini və istifadəçi etibarını qorumaqdır.

Səni nələr gözləyir?

Əsas öhdəliklər:

Gedişlərin canlı izlənməsi
Xüsusi vəziyyətlərdə sürücülərlə birbaşa əlaqə
Sərnişinlərlə davamlı dəstək
Təcili hallarda aidiyyəti orqanlarla əlaqə və birbaşa tədbir görmək
Gecə növbələri, həftə sonları və bayram günləri daxil olmaqla 6 günlük növbəli iş qrafikində çalışmaq
Səndən nə gözləyirik?

Azərbaycan dilini səlis bilirsən, İngilis dilində intermediate səviyyədə danışırsan. Rus dili biliklərin əlavə üstünlük sayılacaq.
Digər insanlarla rahat ünsiyyət qurmağı və sağlam əməkdaşlıq münasibətləri yaratmağı bacarırsan
Kompüter proqramlarında sərbəst və səlis işləyirsən (xüsusilə daxili sistemlərdə sürətli adaptasiya)
Çətin situasiyalarda (məs. təcili hallar, gecikmə riskləri və s.) soyuqqanlı, diqqətli və həll yönümlü qalmağı bacarırsan
Eskalasiya vaxtını və formasını düzgün qiymətləndirirsən – müstəqil qərar və strukturlaşdırılmış proseslər arasında balans qurmağı bacarırsan
Diqqətcilsən, sənədləşmə və hesabatlarda dəqiqliyə önəm verirsən
Komandada fəal iştirak edir, həmkarlarına dəstək verir, faydalı məlumatları paylaşır və növbənin sabitliyinə töhfə verirsən
(Üstünlükdür) Müştəri dəstəyi, təhlükəsizlik, risk əməliyyatları və ya canlı nəzarət sahəsində təcrübən varsa, bu müsbət haldır
Qeyd: Təcrübə mükəmməl olsa da, bizim üçün ən vacibi motivasiya, düzgün düşüncə və dürüstlükdür. Bütün tələblərə tam uyğun olmasan belə, əgər özünü bu rolda görürsənsə – mütləq müraciət et!

Maraqlanan şəxslərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.