Dəstək üzrə mütəxəssis (1C – Mühasibatlıq)

May 30, 2025
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

U and R Company

Vəzifə haqqında məlumat

İş yeri: Şirkətin ofisi
İş rejimi: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00, nahar fasiləsi 13:00-14:00
Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Vəzifə öhdəlikləri:

1C ERP sistem – mühasibatlıq sahəsi üzrə müştərilərdən gələn sorğuları qəbul edib prioritetləşdirməklə vaxtında və dəqiq icra etmək, ehtiyac olduqda texniki komandaya yönləndirmək və icrasına nəzarət etmək:
1C manualı üzrə biliklərinin inkişaf etdirilməsi.
Namizədə dair tələblər

Təhsili: Ali (İqtisadiyyatın maliyyə, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir)
Kompüter bilikləri, texniki bacarıqlar:
MS Office proqramlarında sərbəst işləmək (xüsusilə MS Excel üzrə);
1C 8.3 – mühasibatlıq sərbəst işləmək.
Bu vəzifə ilə bağlı zəruri iş təcrübəsi:

1C 8.3 – mühasibatlıq üzrə 1 il təcrübə.
Dil bilikləri:

Azərbaycan dili – C1 səviyyə (sərbəst işgüzar yazılı və şifahi ünsiyyət);
Rus dili – Sənədləşmə və texniki terminləri anlamaq səviyyəsində.
Peşəkar bacarıqlar:

Müəssisə iqtisadiyyatı, mühasibat uçotu sahəsində bilik və bacarıqların, o cümlədən təcrübənin olması.
Yumşaq bacarıqlar:

Analitik düşüncə tərzi;
Çevik qərar vermək və problem həll etmək bacarığı;
İşləri planlamaq və prioritetləri müəyyənləşdirmək bacarığı;
Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;
Məsuliyyətli, intizamlı, dəqiq;
Həmsöhbəti ilə mövuznu davam etdirmək, yönləndirmək, inandırma bacarığı;
Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək, təlimlər keçmək məqsədi və perspektivi.