İş Təsviri
AGT Cargo
Öhdəliklər:
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq.
Biznes hesabatları və data ehtiyaclarını prioritetləşdirmək üçün rəhbərliklə işləmək
Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək
Birbaşa rəhbəri tərəfindən verilən digər vəzifələri yerinə yetirmək bacarığı və istəyi
Biznesə uyğun olaraq segment üzrə PnL (Mənfəət-zərər) hesabatının hazırlanması və təhlillərin aparılması
Tələblər:
Ali təhsili;
Logistika sahəsi üzrə azı 2 il iş təcrübəsi;
Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
Yeni texnologiyaları öyrənmə həvəsi;
İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı.
İş şərtləri:
İş qrafiki 5 günlük, saat 08:30-17:30;
Əmək haqqı razılaşma yolu ilə;
Karyerada yüksəliş imkanı
Müraciət:
Namizədlər mövzu hissəsinə “Data analitik” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elekton poçt ünvanına CV formalarını göndərə bilərlər.