İş Təsviri
Fostanpak MMC
Tələblər:
Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Mühasibatlıq bilikləri;
Şəxsi avtomobil mütləqdir
Əla səviyyədə kompüter bacarıqları (Excel bilikləri önəmlidir);
Komandada işləmək bacarığı.
Yalnız bəy namizədlər
Vəzifə öhdəlikləri:
Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
Proseslərin və xərclərin optimallaşdırılması;
Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
Maliyyə hesabatlarının hazırlanması;
İş şəraiti:
6 günlük iş qrafiki;6 cı gün qısa iş günü
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daxili Auditor” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.