Daxili Audit üzrə Menecer

İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Novex Group

İşin təsviri:

Daxili audit planının hazırlanmasında iştirak;
Daxili audit fəaliyyətlərini təsdiq edilmiş plan və metodologiyaya uyğun təşkil və idarə etmək;
Audit layihələrinin icrasını koordinasiya etmək, iş bölgüsünü təşkil etmək və keyfiyyətə nəzarət etmək;
Audit yoxlamalarının nəticələrinə dair hesabatların hazırlanmasına nəzarət və aidiyyəti rəhbər şəxslərlə müzakirə aparmaq;
Audit sənədlərinin tamlığına, düzgün tərtibatına və arxivləşdirilməsinə nəzarət etmək;
Audit komandasını idarə etmək və peşəkar inkişafını dəstəkləmək;
Zərurət yarandıqda xüsusi araşdırmalara rəhbərlik etmək;
Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqini təşkil etmək;
Daxili audit fəaliyyətini mövcud qanunvericilik, beynəlxalq standartlar və daxili prosedurlara uyğun həyata keçirilməsinə nəzarət etmək;
Audit sahəsində yeni yanaşmaları, beynəlxalq təcrübələri izləmək və təkmilləşdirici təkliflər vermək;
Zərurət olduqda Daxili audit rəhbərini şəxsi əvəz etmək və onun tərəfindən verilən digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:

Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
Audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi (FMCG və istehsalat sahələrində təcrübə üstünlükdür);
Azərbaycan və İngilis dillərini əla bilmək;
Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə bilmək (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər ;
Qanunvericilik (vergi, əmək və s.) üzrə biliklər;
Ezamiyyələrdə iştirak etmək imkanı;
Liderlik, idarəetmə və strateji düşünmə bacarıqları;
Vaxtın səmərəli idarə edilməsi və komanda ilə işləmək bacarıqları;
Analitik təhlil, problemləri həll etmə və müşahidə bacarıqları;
Yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
İş şərtləri:

İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 18:00;
Rəqabətli əməkhaqqı;
Könüllü tibbi sığorta;
Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili Audit üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərsiniz.