Daxili Satınalma üzrə mütəxəssis

Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Oil Supply LLC

Namizədlər üçün tələblər:

Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə üstünlük verilir);
Daxili satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi;
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
Yüksək məsuliyyət və intizam, qərarvermə və təşəbbüskarlıq qabiliyyəti;
Planlaşdırma, təşkilatçılıq və komandada işləmək bacarığı;
Əla ünsiyyət və təqdimetmə bacarığı.
Vəzifə öhdəlikləri:

Şirkətin satınalma siyasət və prosedurlarına uyğun fəaliyyət göstərmək;
Təchizatçılardan rəqabətqabiliyyətli kommersiya təkliflərini toplamaq və qiymət analizləri aparmaq;
Bazar araşdırması aparmaq, yeni potensial təchizatçıları müəyyənləşdirmək və onlarla effektiv danışıqlar aparmaq;
Sifariş və təchizat proseslərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
Logistika və əlaqəli sənədlərin düzgün və vaxtında əldə olunmasını təşkil etmək;
Verilən tapşırıqları deadline-lar çərçivəsində səmərəli yerinə yetirmək;
Sorğuların detallarına diqqətlə və dəqiqliklə yanaşmaq.
Təklif etdiyimiz şərtlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 1000 AZN (yekun məbləğ namizədin təcrübəsi və müsahibə nəticəsinə əsasən müəyyən olunacaq);
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32.