Deklarasiya üzrə mütəxəssis

Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Avrora

Əsas vəzifə öhdəlikləri:

Deklarasiyası təsdiq edilmiş yüklər haqqında gömrük proseslərindən məsul şəxsə məlumat verir;
Gömrük bəyannamələrinin qeydiyyatını aparır;
Gömrük inspektoru ilə mütəmadi olaraq danışıqlar aparır, yaranmış olan problemlərin aradan qaldırılması üçün addımlar atır;
Gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin toplanması üçün mütəmadi olaraq aidiyyəti şöbələrlə koordinasiya edir;
Gündəlik sənədləşdirilmiş yüklərin sistem üzərindən yoxlanmasını təmin edir;
İdxal sənədlərinin yoxlayır və idxal bəyannamələrini tərtib edir;
Qısa idxal bəyannamələrini hazırlayır, yoxlayır, təsdiq prosesini icra edir və gömrüyə təqdim edir;
Tədərükçilərlə bağlanmış müqavilələrin əlavələrini elektron hökümət portalı üzərindən gömrük rəsimləşdirilməsi üçün kodlarını alır, yol xərcinin mümkün qədər azaldılmasının qərarını vermək və gömrük sisteminə daxil edir;
Yüklərin hərəkətliliyinin yükün növünə görə prioritetləşməsini həyata keçirir;
Tələb olunan bilik və bacarıqlar:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası haqqında biliklər;
Problemləri həll etmə bacarığı;
Analitik düşüncə;
Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Təhsil: Ali;
İş təcrübəsi: Sahə üzrə min.1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);
İş yeri: Aşıq Molla Cümə, 46C.
İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Şirkət hesabına korporativ nömrə;