İş Təsviri
ARNE Group MMC
Xırdalan şəhərində yerləşən müəssisəmizə “Direktor köməkçisi” vəzifəsi üzrə mövcud vakansiya üçün namizəd axtarırıq
Vəzifə öhdəlikləri:
Rəhbərin inzibati və idarəetmə fəaliyyətinin təşkilati və texniki cəhətdən təmin edilməsi;
Direktorun adından yazışmaların və rəsmi məktubların hazırlanması və cavablandırılması;
Direktorun iştirakı ilə keçirilən daxili və xarici iclasların tam təşkili və effektiv koordinasiyası (dəvətlərin göndərilməsi, məkanın hazırlanması, gündəliyin tərtib edilməsi və iclas protokollarının aparılması);
Direktorun şəxsi və işgüzar görüşlərinin koordinasiyası;
Direktorun nəzarətində olan layihələrin izlənməsi və icra planlarına uyğunluğun yoxlanılması;
Şirkətin müxtəlif struktur bölmələrindən (layihə, şöbə və bölmə rəhbərləri daxil olmaqla) mütəmadi olaraq hesabatların toplanması, təhlil edilməsi, sistemləşdirilməsi və ümumiləşdirilməsi;
Görülən işlərin vəziyyəti, potensial risklər və əldə olunan irəliləyişlər barədə hesabatların və analitik təhlillərin hazırlanması.
İş şəraiti:
İş yeri – Xırdalan şəhəri;
5 günlük iş həftəsi (09:00 – 18:00);
Əmək haqqı: 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
Ali təhsil mütləqdir – namizədin mühəndislik, biznesin idarə edilməsi, maliyyə və ya iqtisadiyyat sahələrindən birində bakalavr və ya daha yüksək səviyyəli ali təhsilə malik olması tələb olunur;
Müvafiq və əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
Azərbaycan və rus dillərində səlis danışıq; ingilis dili biliyi üstünlük hesab olunur;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, dəqiq və operativ işləmək bacarığı.