Elektrik

İyun 13, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Agro Park

Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən “BAKU AGROPARK” MMC-yə təcrübəli Elektrik axtarılır.

İş şəraiti:

6 günlük iş qrafiki
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi.
İş yerinə gediş-gəliş servislə təmin olunur.
Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Tələblər:

Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili;
Müvafiq sahə üzrə Azərişıq ASC və ya FHN Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış,hər il təkrar yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir.
Minimum 1-3 illik iş təcrübəsi
Vəzifə öhdəlikləri:

Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək
Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması
Elektrik avadanlıqlarının,elektrik maşınlarının,elektrik cihazlarının təmiri.
Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti və digər texniki sənədlərin tərtib edilməsi qaydalarını bilmək
Transformator məntəqələrinin 6 və 0,4 kv hissəsindən anlayışı olmalı
Dəzgah,elektrik motoru,sahə elektrik panolarının qaydalara uyğun olaraq montaj və təmiri
Elektrikli arabaların elektrik sistemlərinin tənzimlənməsi,xidmət olunması və təmiri
Generator,transformator,0.4 paylayıcı panellərin və müxtəlif elektrikli əl alətləri və qaynaq aparatlarının istismar zamanı xidmət və təmiri
İlk yardım qaydalarını bilmək
İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək
Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək
Əmək intizamına,iş yerində davranış standartlarına,SƏTƏM qaydalarına ciddi riyayət etmək
Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması
Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirilməsi;
Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik mütəxəssisinin rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsini təmin etmək
Relelərinin tənzimlənməsi və elektrik sxemlərinə qoşulması
Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
Elektrik mühərriklərinin, aparatlarının və cihazların mürəkkəb olmayan birləşmə və detalların sökülməsi, təmiri və yığılması;
Sadə işıqlandırma avadanlığı və böyük olmayan projektorların sazlanması və qurulması;
Paylayıcı qutuların, qoruyucu lövhələrin qurulması, sökülməsi, təmiri;
Sadə işəsalıcı-tənzimləyici aparatların yoxlanılması və təmiri.
Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;