Elektrik mühəndisi

May 19, 2025
Vaxtı bitib.

İş Təsviri

Almep Engineering Group

Əsas vəzifə öhdəlikləri:

Elektrik işləri üzrə layihələrin hazırlanması;
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
Elektrik yükünün hesablanması;
Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
Elektrik təchizat layihələrinin AutoCAD vasitəsi ilə hazırlanması;
Layihələrdə təmir-tikinti işlərinə nəzarət;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP,norma və qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Tabeliyində olan işçilərin işlərinin təşkil etmək və onlara nəzarət etmək;
Zəif axın və elektrik infrastrukturu sahəsində təcrübəli olmaq;
İdarəetmə və elektrik dövrə diaqramlarını oxumağı bacarmaq;,
Layihə bitdikdə as-built cizgilərdə köməklik göstə bilmək.
Namizədə tələblər:

Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi,
Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
Elektrik sxemlərini tərtib etmək bacarığı;
Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
İş şəraiti:

6 günlük iş həftəsi, bazar günü istirahət
İş qrafki: saat 09:00-dan 17:00-na kimi
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq
Ünvan: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2