İş Təsviri
Facility Management Group
Təsvir
Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Tələblər
Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
Elektrik ixtisas sertifikatı;
Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
Yaxşı ünsiyyət və hesabat bacarıqları;
Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
İş qrafiki: 08:00-20:00, 2 gün istirahət, 20:00-08:00.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.