İş Təsviri
Aqrar Tədarük və Təchizat
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
Elektron portalda ona təhkim olunmuş dövlət satınalan təşkilatların işlənməsinə nəzarət;
Proseslərin düzgün icrasını təmin etmək və portal vasitəsilə koordinasiyanı qurmaq;
Elektron platformada istifadəçi rollarının idarə edilməsində dəstək göstərmək;
Portalda sənəd dövriyyəsinin izlənməsi və sənədlərin düzgün formatda sistemə yüklənməsi prosesini yoxlamaq;
Portalda baş verə biləcək texniki çətinliklərin, nasazıqların həllində operativ iştirak etmək;
Portalda yerləşdirilmiş məlumatların uyğunluğunu yoxlamaq və uyğun olmayan hallarda aidiyyəti üzrə məlumatlandırmaq;
Gündəlik və aylıq hesabatların ofis programlarında hazırlanmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər:
Ali təhsil
MS Office proqramlarında, xüsusən Excel proqramında işləmək bacarığı
Ən azı 1 illik iş təcrübəsi
Azərbaycan dili (yüksək səviyyədə)
Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
Komandada işləmək bacarıqları
Təşəbbüskar və proses yönümlü davranış
Güclü ünsiyyət və koordinasiya bacarıqları
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Elektron portal əməliyyatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.