İş Təsviri
Premium Bank
İşin təsviri:
Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir;
Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir;
Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәtin hәyata keçirilmәsi;
Ssenarilərin təhlil edilməsi, Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;
Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icrası və insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirmək.
Namizədə dair tələblər:
Maliyyə, iqtisad sahəsində ali təhsil;
Bank sektorunda risk sahəsində azı 2 illik iş təcrübəsi;
Əla səviyyədə MS Excel biliyi;
Əla səviyyədə Azərbaycan, orta səviyyədə ingilis dili biliyi;
Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı.
FRM,PRM üzrə hər hansı mərhələni keçən və ya digər risk əsaslı sertifikatlara sahib olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır;
İş şəraiti:
İş saatı 09:00-dan 18:00-dək;
İstirahət günləri: şənbə və bazar günləri.