İş Təsviri
Ensol
Sektor: İnşaat (boru kəmərlərinin, tunel və mikrotunellərin tikintisi, inşaat layihələri)
Vakansiya üzrə struktur: İnsan resurslarının idarə edilməsi şöbəsi
İş şəraiti
Vəzifə (peşə) üzrə əmək haqqı: 1400-1600 AZN
Əlavə ödəniş: İllik fəaliyyətə əsasən əmək haqqının 0-2 misli həcmində illik mükafat
İş vaxtının norması: Gündəlik, həftədə 5 gün, 08:30-17:30
İş yerinin ünvanı: Bakı, Atatürk prospekti, 2B. Gənclik MS. Alliance Business Center
Tələblər
İş təcrübəsi: Sahə üzrə azı 3 il;
Bilik və bacarıq tələbləri: MS Excel (Yuxarı səviyyədə), sahə üzrə Qanunvericiliyin tələblərini bilmək (Yuxarı səviyyədə).
Müraciət qaydası: Məlumatlarınızı (CV) “Payroll” məzmun başlığı ilə hr@ensol.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Əmək funksiyaları:
İşçilərin əmək haqqlarının hesablanması və ödənilməsi;
Ezamiyyət, məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və ödənişlərin sifarişi;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
Əmək haqqına dair bütün sorğuların cavablandırılması;
İşçilərin əmək haqqına dair sorğularına vaxtında cavab vermək;
İş vaxtının rejimi üzrə qrafiklərin Qanunvericiliyin tələblərinə uyğun olaraq effektiv formada qurulması və idarə edilməsi;
İşdən azad olunan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi;
Sosial sığorta ayırmaları üzrə hesabatların hazırlanması və təqdim olunması;
İnsan resursları ilə bağlı analitika və vizuallaşdırma prosesində iştirak;
ƏMAS sistemində və E-gov portalında əməliyyatların icra edilməsi;
Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının və əmək müqavilələrinin hazırlanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
Məlumat bazasının mütəmadi yenilənməsi;
Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
Məzuniyyət və əmək qabiliyyətinin itirilməsi üzrə müvafiq hesablamaların təşkili və sifarişi;
Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.