İş Təsviri
Irshad Electronics
Vəzifə və öhdəliklər:
Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
Pul vəsaitlərinin hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
Qayda və təlimatlara uyğun olaraq kredit rəsmiləşdirilməsi üzrə müştərilərin sənədlərini icra etmək;
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
Xanım namizədlərə üstünlük veriləcəkdir;
Bank və bank olmayan kredit sahəsində əməlyyatçı olaraq 1 il;
MS Office proqramlarında iş bacarığı, müqavilələrin tərtib olunması;
Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (arzuolunan);
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
Rəhbərliyin tapşırığı ilə digər əməliyyatları yerinə yetirmək.
Bizim təminatımız:
İş qrafiki: 5 günlük
Əmək haqqı 500 – 600 AZN (müsahibə mərhələsində namizədin bilik və bacarığına əsasən)
Ünvan: Bakı şəhəri, Təbriz 6