Əməliyyatlar üzrə mütəxəssis (lizinq sənədləri üzrə)

İyul 17, 2025
Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Prior Leasing

Namizədə olan tələblər:

Ali təhsil;
MS Office proqramlarında işləmək bacarığı;
Sahə üzrə azı 1 il iş təcrübəsi;
Müvafiq qanunvericilik, normativ-hüquqi sənədlərin aparılması, daxili normativ sənədlərin tərtibinə dair mükəmməl biliklərə sahib olmaq;
Kredit və lizinq sənədləri ilə işləmək bacarığı üstünlükdür,
Bank, BOKT, İnvestisiya və Maliyyə sahəsində iş təcrübəsi üstünlükdür;
Diqqətli, nizamlı, komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:

Müştəriyə aid sənədlər toplusunu müvafiq qaydalara əsasən yığmaq və yoxlamaq
Qovluqların tərkibinə əsasən sənədləri çap etmək, sənədlər toplusunu qaydasına salmaq və rəhbərliyə imza üçün təqdim etmək
Lizinq müqvilələrinin yoxlamaq və arxivləşdirmək
Müvafiq orqanlarına sənəd toplusunu yönləndirmək, elektron sənədləri təhvil vermək və zəruri hallarda elektron sistemlərdə qeydiyyatını aparmaq
Sənədlərin müvafiq qaydada arxivləşdirilməsini təşkil etmək
Öhdəliklərin icrası zamanı məhsul şərtlərini və daxili prosedurları rəhbər tutmaq
İş fəaliyyətinə dair hesabatları vaxtında təqdim etmək
İş şərtlərimiz:

İş qrafiki : Tam iş günü (5 gün)
İş saatları: 08:30-17:30
Karyera inkişafı imkanları
İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətlərini mövzu hissəsinə “Əməliyyatlar üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.