İş Təsviri
Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə öhdəlikləri:
İnşaat proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət;
Layihələr üzrə proseslərdə lazımi düzəlişlərin edilməsi və optimallaşdırılması;
İnşaat sahəsinin idarə edilməsi (layihələr üzrə ayrı-ayrılıqda);
Tikinti-quraşdırma işlərinin Azərbaycan Dövlət Tikinti Normaları (AZDTN) və beynəlxalq standartlara uyğun təşkili və nəzarəti;
Tender proseslərində podratçılarla texniki görüşlərdə iştirak;
Subpodratçıların işlərinə birbaşa nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi;
Tikinti-quraşdırma işlərindəki dəyişikliklər üzrə hesabatların hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
Sifarişçi və subpodratçı şirkətlər arasında yerinə yetirilmiş işlərin həcminin yoxlanılması və təhvil-təslim aktlarının hazırlanmasında iştirak;
Forma-2 sənədlərinin yoxlanılması və təsdiq edilməsinə cavabdehlik;
Planlama mühəndisi ilə birlikdə iş qrafiklərinin hazırlanması və işlərin vaxtında icrasına nəzarət;
İnşaat sahəsində subpodratçı şirkətlərlə həftəlik texniki iclasların təşkili və nəticələrin rəhbərliyə təqdim edilməsi;
Subpodratçı şirkətlərdən gündəlik və həftəlik iş gedişatı hesabatlarının alınması;
İnşaat sahəsində təhlükəsizlik və keyfiyyət standartlarına riayətin təmin edilməsi.
Tələblər:
İnşaat mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
5+ il inşaat sahəsində rəhbər vəzifədə təcrübə;
Layihə idarəetmə alətlərində (məsələn, Primavera P6, MS Project) işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı;
Güclü liderlik, kommunikasiya və problem həll etmə bacarıqları.
İş şərtləri:
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.