Fəhlə-anbardar

Müraciət sonu: İyun 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Groupone

“Groupone” MMC Təhcizat şöbəsində “Fəhlə-anbardar” vəzifəsinə vakansiya elan edir.

Vəzifə təlimatı:

Tədarükçülərdən və ya daşıyıcılardan gələn malların qəbul olunması və anbara daşınması;
Malların fiziki vəziyyətini yoxlamaq və uyğunsuzluqları dərhal rəhbər şəxsə bildirmək;
Anbarda malların düzgün yerləşdirilməsini və qaydalara uyğun saxlanmasını təmin etmək;
Qaimə və digər sənədləri təhvil-təslim zamanı düzgün şəkildə tərtib etmək və aidiyyəti üzrə ötürmək;
Gündəlik anbar hərəkətləri və qalıqları barədə hesabatların hazırlanmasında iştirak etmək;
Lazım olduqda məhsulların ofis və ya istehsalat sahəsinə daşınmasında fiziki yardım göstərmək;
Anbar sahəsinin səliqəli və təhlükəsiz saxlanmasına nəzarət etmək;
Şirkətin daxili qayda və prosedurlarına əməl etmək.
Namizədə dair tələblər:

Təhsil səviyyəsi: Orta;
Təcrübə: Minimum 1 il
Komanda daxilində işləmək;
Ünsiyyət bacarığı;
Pozitiv və çevik olmaq.
İş şəraiti

İş qrafiki: 6 günlük
İstirahət günü: Bazar
Ünvan: Babək prospekti
Təminatlar:

Nahar şirkət tərəfindən verilir;
Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
Əmək haqqı: 700 AZN.