İş Təsviri
STV Engineering
İş yeri: Baku Azerbaijan
Layihə növü: Hündürmərtəbəli bina tikintisi
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün
STV Engineering hündürmərtəbəli bina layihəsi üzrə təcrübəli və sənədləşmə sahəsində bacarıqlı Fasad üzrə QA/QC mühəndisi axtarır. Namizəd layihənin texniki sənədlərinə və keyfiyyət standartlarına uyğun olaraq fasad işlərinə nəzarət etməli, sənədləşməni düzgün və vaxtında təqdim etməlidir.
Əsas vəzifələr:
Sahədə fasad işlərinə gündəlik nəzarət və yoxlamaların həyata keçirilməsi
ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR, MIR və digər keyfiyyət sənədlərinin hazırlanması və təqibi
Fasad işlərinin layihəyə, spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunun təmin olunması
Subpodratçılarla və müşavir komandası ilə keyfiyyət məsələləri üzrə koordinasiya
As-built sənədlərinin hazırlanması və müvafiq yoxlama qeydlərinin arxivləşdirilməsi
Daxili auditlərdə və müştəri yoxlamalarında iştirak
Fasad materiallarının qəbul prosesi, mock-up qurğuları və montaj ardıcıllığının yoxlanması
Tələblər:
Mülki mühəndislik, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
Fasad sahəsində, xüsusilə hündürmərtəbəli binalarda minimum 5 il iş təcrübəsi
Fasad sistemləri üzrə texniki biliklər: unitized, stick, ACP, curtain wall, daş üzlüklər və s.
Keyfiyyət nəzarəti sənədlərinin hazırlanması üzrə bacarıq və təcrübə
Ünsiyyət və komanda ilə işləmə bacarığı
Müvafiq proqramlarla (MS Office, AutoCAD və s.) işləmə bacarığı
Təşəbbüskar və məsuliyyətli yanaşma
Müraciət qaydası:
Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və müvafiq sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-poçtun mövzu hissəsində “Fasad üzrə QA/QC mühəndisi – [Sizin adınız]” qeyd olunmalıdır.