FULLSTACK PROQRAMÇI (LARAVEL + NEXT.JS)

Vaxtı bitib.

İş Təsviri

ERAsoft LLC

İş barədə məlumat
– Mövcud və yeni layihələr üzrə backend və frontend funksionallıqların hazırlanması
– PHP Laravel backend və Next.js frontend texnologiyaları ilə sistemlərin inkişaf etdirilməsi
– Hazır veb tətbiqlərdə yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması
– REST API-lərin yaradılması və frontend ilə inteqrasiyası
– Komandadakı digər proqramçılarla birgə işləyərək layihələrin vaxtında və keyfiyyətlə təhvil verilməsi

İş rejimi:
– Ofis daxili iş rejimi
– Həftənin 5 iş günü – Flexible time (1 saat nahar fasiləsi)
– Əmək müqaviləsi bağlanır
– Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq
– İş yeri: Arena Plaza, Koroğlu metrosunun yaxınlığı.

Namizədə tələblər
Ümumi texniki bilik və bacarıqlar:
– Minimum 3 il PHP təcrübəsi, əsasən Laravel framework- ü ilə
– Texniki tapşırıqları düzgün başa düşmək və tətbiq etmək bacarığı
– Kodların strukturlaşdırılmış, optimallaşdırılmış və PSR- 12 standartlarına uyğun yazılması
– Layihə üzrə deadline- lara uyğun işləmək və komandada əməkdaşlığa açıq olmaq
– Analitik düşünmə, yüksək qavrama və öyrənmə bacarığı

Backend (PHP Laravel):
– Laravel framework- də dərin biliklər: Eloquent, Queues, Events, Middleware, Form Request, Service/Repository pattern
– RESTful API dizaynı və inteqrasiyası (JWT / OAuth2, Swagger ilə sənədləşdirmə)
– Composer və Artisan komandaları ilə işləmə bacarığı
– Laravel migration, seeder, policy, notification və background job mexanizmləri üzrə təcrübə
– MySQL/PostgreSQL üzrə kompleks sorğuların yazılması və performans optimizasiyası
– Redis ilə caching və pub/sub mexanizmlərinin qurulması (ElasticSearch biliyi üstünlükdür)
– SOLID, DRY, PSR- 12 kimi yazılı kod prinsiplərinə əməl etmək
– Git ilə səmərəli komanda işi (branching, pull request, conflict resolution və s.)
– Docker və CI/CD prosesləri ilə tanışlıq (GitHub Actions istifadə təcrübəsi üstünlükdür)
– Vue.js və ya React ilə komponent əsaslı frontend strukturlarını başa düşmək və inteqrasiya etmək bacarığı

Frontend (Next.js / React):
– Next.js ilə SSR (Server Side Rendering) və SSG (Static Site Generation) əsaslı tətbiqlər hazırlamaq
– getServerSideProps, getStaticProps, getStaticPaths funksiyalarından istifadə bacarığı
– React komponent strukturu və əsas hook- larla (useState, useEffect, useContext, useReducer, useRef) işləmə təcrübəsi
– Qlobal state idarəsi üçün Context API və Redux / Redux Toolkit bilikləri
– TailwindCSS, SCSS və Styled Components ilə müasir və responsive UI- ların yaradılması
– Axios, React Query və SWR ilə data fetch və state management üzrə təcrübə
– Dynamic routing və nested routing strukturlarına bələdlik
– Formların işlənməsi və validasiyası üçün Formik, React Hook Form və Yup istifadə bacarığı
– SEO yönümlü frontend optimallaşdırmaları (meta tag- lar, next/head, next/image, lazy loading və s.)
– Git və versiya nəzarət sistemləri ilə gündəlik əməkdaşlıq təcrübəsi.

Üstünlük verilən biliklər:
– Microservices arxitekturası ilə işləmə təcrübəsi
– AWS infrastrukturu (xüsusilə S3, EC2), Laravel Forge və ya Laravel Vapor istifadəsi
– Unit və Feature testlərin yazılması (PHPUnit, Pest)

Zəhmət olmasa CV-lərinizi hr@era.az e-mail ünvanına göndərin.
E-mailin mövzu hissəsində “Fullstack Developer (Laravel + Next.js)” qeyd etməyi unutmayın.