GPS avadanlığı üzrə montajçı

İyul 1, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

GPS Solutions

Vəzifə öhdəlikləri:

GPS avadanlıqlarının və yanacaq səviyyəsi sensorlarının montajı
Elektrik avadanlıqlarının montajı
Elektrik sxemləri ilə işləmək bacarığı
Elektrik kabellərinin çəkilməsi və bağlantıların düzgün həyata keçirilməsi
Aşkar olunmuş nasazlıqların aradan qaldırılması
Qüsurlu avadanlığın təmir siyahısının hazırlanması
Kalibrləmə işlərinin aparılması (yanacaq çəni)
Mühəndislər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və hesabatların təqdim edilməsi
Təhlükəsizlik texnikası, yanğından müdafiə və əməyin mühafizəsi qaydalarına riayət etmək
Namizədə tələblər:

Texniki sahədə orta ixtisas və ya ali təhsil
Elektrik və ya avtomobil elektrik sistemi üzrə bilik və təcrübə
Ölçmə cihazları ilə işləmə bacarığı
Əl alətləri (kəsmə, deşmə, pardaqlama və s.) ilə işləmə bacarığı
Mexaniki və elektrik birləşmələri ilə bağlı anlayış
Avadanlıqların sökülməsi, yığılması və sınaqdan keçirilməsi üzrə təcrübə
Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
Şəxsi avtomobilin olması üstünlükdür
İş barədə məlumat:

Əmək haqqı razılaşma yolu ilə
Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00
İş yeri: Bakı şəhəri
İşin təsviri: GPS nəzarət sistemlərinin və yanacaq səviyyəsi sensorlarının quraşdırılması üzrə montaj işlərinin həyata keçirilməsi
Şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək
Marağı olan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “GPS avadanlığı üzrə montajçı”” qeyd olunması xahiş olunur.