Həkim-koordinator

İyul 1, 2025
Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Sığorta

Namizədə dair gözləntilər və xüsusi tələblər:

Tibb üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq və lokanik ifadə etmə bacarığı;
Stressə davamlı
Κomandada işləmək bacarığı;
Məsuliyyətli;
Kompyuter bilikləri: Microsoft Word-yaxşı, Microsoft Excel-orta;
Dil bilikləri- azərbaycan dili-əla; rus dili, ingilis dili-arzuolunandır.
Vəzifə öhdəlikləri:

Qaynar xəttə gələn zənglərin cavablandırılması və yönləndirilməsi;
Sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi;
Sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması;
Müştərilərə klinika əməkdaşları tərəfindən təyin olunmuş müayinələrin, analizlərin və dərman reseptlərinin təhlil edilməsi və sığorta müqavilələrinə və qaydalara uyğun qərar verilməsi;
Müştərilərin narazılıqlarını və şikayətlərini dinləyir və onların həllini təmin edir;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə qalmasını təmin edir.
Əlavə məlumat:

İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Həkim-koordinator) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.