Həkim-laborant

İyul 16, 2025
Vaxtı bitib.

İş Təsviri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlər və dərman vasitələri departamentinə Həkim-laborant vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:

Təhsil: Laboratoriya işi ixtisası üzrə ali tibb təhsili;
Təcrübə: Minimum 3 il iş təcrübəsi;
Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi, təqdimat və ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:

Laborator xidmətlərin təhlili və ekspertizanın həyata keçirilməsi;
Xidmətlər zərfinə daxil edilməli tibbi xidmətlərə dair layihələrin hazırlanmasında iştirak etmək;
Müəyyən edilmiş tibbi xidmətlərin istifadə edilməsinə dair ekspertiza və texniki qaydaların hazırlanmasında iştirak etmək;
Xidmətlər zərfinə daxil olan tibb xidmətlər və ekspertiza qaydalarının izahı ilə bağlı tibb müəssisələrində təlimlərdə iştirak etmək.
İş şəraiti:

İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:

Müraciətlərin nəzərdən keçirilməsi
Test mərhələsi
Müsahibə
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.