Hesabatlılıq departamentinin Struktur Bölmələrə Məlumat Dəstəyi qrupunun Mütəxəssisi

Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Bank

İşiniz nədən ibarətdir?

Hesabat/məlumat sorğularının qəbulu,təhlili və icrası;
Növbəti eyni və/və ya oxşar istəklər üçün məlumat təmin etmə müddətinin optimallaşdırılması;
Hesabatlılıq Departamentinin əməkdaşlarının əsas məlumat çıxışları ilə təmin edilməsi;
Daxili tərəfdaşlar üçün dəqiq və vaxtında hesabatların yaradılması;
Analitik biliklər əsasında məlumat bazasının yoxlanması/silinməsi/yenilənməsi;
Bankın tələb və ehtiyaclarına əsasən yüksək səviyyəli Məlumat İdarəetmə xidməti göstərərək keyfiyyətli müştəri xidmətinin təmini;
İnsan faktorundan yarana biləcək səhvlərin sayını minimuma endirmək üçün avtomatlaşdırılmanın təmin edilməsi;
Gündəlik sorğuların sayının azaldılması;
Strateji təşəbbüslər və xüsusi layihələr üçün analitik dəstək göstərilməsi və s.
Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya Sistemləri, Biznes Analitikası, Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
Tələb olunan iş təcrübəsi: Müvafiq və ya oxşar sahədə minimum 3 il təcrübə;
Lisenziya / Sertifikat: Maliyyənin modelləşdirilməsi, Oracle Database SQL Exam Number: 1Z0-071, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikata üstünlük verilir;
Xarici dillər: İngilis dili (səlis);
Kompüter bilikləri: MS ofis proqramları (Excel yaxşı səviyyədə), VBA, SQL arzuolunandır;
Digər tələblər: Güclü analitik bacarıq; Əla ünsiyyət bacarıqı; Mühasibat uçotu prinsiplərini bilmək arzuolunandır.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat