İş Təsviri
PASHA Life
Vəzifə Öhdəlikləri:
Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanarsa, həmin məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsi təmin etmək;
Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi;
Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi təhlillərin aparılmasında iştirak etmək;
Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi tələb olunur;
Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı. Rus dili arzuolunandır;
Kompüter bilikləri: MS Office proqramlarını əla səviyyədə bilmək.
Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlamış olmaq (ACCA FR arzuolunandır), SQL və Power BI üzrə biliklər arzuolunandır;
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.