İş Təsviri
AzProduct
Vəzifə və öhdəliklər:
HoReCa kanalında satış planları və hədəflərinə nail olmaq, həcminin müştəri sayının artırılması və müştəri münasibətlərinin yaxşılaşdırılması istiqamətində işlər görmək;
Müştərilərin tələbatını öyrənmək, şirkətin məhsulları haqqında ətraflı və doğru məlumat vermək;
Mövcud müştəri bazası ilə mütəmadi işləmək, rut üzrə müştəriləri daimi ziyarət etmək;
Müştərilərə zəruri inventar və promosyon materiallarını təqdim etmək;
Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlamaq;
Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini təmin etmək;
Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
Debitor borclarına nəzarət etmək və yığılmasını həyata keçirmək;
Rəqib şirkətlərin fəaliyyətlərini müşahidə etmək;
Korporativ formata uyğun olaraq işgüzar yazışmalar və zənglərin aparılması təmin etmək.
Namizədə olan tələblər:
Təhsil: Ali təhsil
HoReCa sahəsində iş təcrübəsi minimum 5 il (qida sektorunda təcrübəsi olanlara üstünlük verilir)
Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzuolunandır;
Satış işində təcrübəsinin olması (restoran, otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır);
Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı;
HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olmalı;
İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
Namizəd öz maşını ilə işləməyə hazır olmalıdır.
Təklif edirik:
6 günlük iş rejimi
Əmək haqqı 1000 Azn + satışa bağlı faiz
Şirkət cari yanacaq və cari təmir xərclərini qarşılayır
Ünvan: Bakı şəhər Babək Pr. 74