HORECA və TT Satış Şöbəsinin Rəhbəri

Müraciət sonu: Avqust 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Mars Overseas Baku

İş yeri: Bakı

Vəzifənin məqsədi:

HORECA (Hotel, Restoran, Kafe) və TT (Traditional Trade) satış kanalları üzrə strateji rəhbərliyi təmin etmək, satış komandalarının fəaliyyətinə liderlik etmək və satış performansını davamlı olaraq yüksəltmək. Bu vəzifə, şirkətin ümumi satış hədəflərinə nail olunmasında əsas rol oynayır.
Əsas vəzifə öhdəlikləri:

HORECA və TT satış kanalları üzrə strategiyanın hazırlanması və icrasına rəhbərlik
Gündəlik satış əməliyyatlarının effektiv şəkildə idarə olunması və KPI-ların icrasının təmin edilməsi
Satış komandalarının performansına nəzarət və inkişaf planlarının tətbiqi
Müştəri bazasının genişləndirilməsi və əsas müştəri hesablarının idarə olunması
Rəqib və bazar analizlərinin aparılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi
Trade Marketing, Planlama və Distribusiya komandaları ilə sıx əməkdaşlıq
Satış hesabatlarının və analitik məlumatların təhlili əsasında qərarların verilməsi
Komandanın motivasiyası, inkişafı və nəticəyönümlü idarəetmə sisteminin qurulması
Namizədə dair tələblər:

FMCG sektorunda, xüsusilə HORECA və TT sahəsində minimum 5 il iş təcrübəsi (azı 2 ili rəhbər vəzifədə)
Satış strategiyasının icrası, komanda rəhbərliyi və KPI idarəetməsi sahəsində dərin bilik və təcrübə
Güclü liderlik, qərarvermə və analitik düşünmə bacarığı
Yüksək ünsiyyət və təsiretmə bacarığı, təqdimatlarda peşəkarlıq
MS Office proqramlarında sərbəst işləmək bacarığı, satış analitik sistemləri üzrə biliklər
Yüksək məsuliyyət və nəticə yönümlü yanaşma
Üstünlük verilir:

ERP, DMS və ya CRM sistemləri ilə işləmək təcrübəsi
Trade Marketing və Distribusiya planlaması ilə inteqrasiya bacarığı
Azərbaycan dili sərbəst, İngilis dili biliyi (arzuolunandır)
Nə təklif edirik:

Peşəkar inkişaf və təlim imkanları
Könüllü tibbi sığorta
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “HORECA və TT Satış Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.