İş Təsviri
NOVA Operating Company
İş yeri barədə məlumat:
Ресторан Сыроварня
Vəzifə öhdəlikləri barədə məlumat:
Telefon zənglərinə cavab vermək, rezervasiyaları qəbul etmək;
Müştəriləri qarşılamaq və stollara yönləndirmək;
Menyu təqdim etmək və lazım olduğunda gələn qonaqlara hər hansı bir yemək barəsində ön məlumat vermək;
Qonaqların istək-şikayətləri ilə maraqlanmaq və həmkarlarını bu barədə məlumatlandırmaq.
Namizədə tələblər:
Sahə üzrə mütləq iş təcrübəsi;
Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması;
Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
İş vaxtı təmiz və nizamlı görünmək;
Kollektivdə işləmək bacarığı;
Azərbaycan və rus dili biliyi, ingilis dili arzu olunandır.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
5 günlük iş həftəsi;
İş növbəlidir və qrafik əsasında tənzimlənir;
Nahar təmin edilir;
Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
Əmək haqqı: 1 ay sınaq müddəti dövrundə – 700 azn/ sınaq müddəti bitdikdən sonra – 800 azn (bonus) təyin ediləcəkdir.