Hüquqşünas/Aparıcı hüquqşünas

Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

Aztelekom

Təsvir

Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək, digər struktur bölmələrdən daxil olmuş sorğulara hüquqi rəy vermək.
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Dövlət orqanlarında, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək.
Müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi, təqdim edilən müqavilə layihələrinə rəy verilməsi.
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək.
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək.
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.
Tələblər

Ali hüquq təhsili olmalı.
Hüquq sahəsi üzrə minimum 1-3 (bir-üç) il iş təcrübəsinə malik olmalı.
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
Müqavilələrlə iş təcrübəsi olmalı.
Hüquqi nitq və yazışma qabiliyyəti olmalı.
Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır.
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.
Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı.
İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.