İcraçı Direktor

Müraciət sonu: İyul 25, 2025
İndi Müraciət Et

İş Təsviri

AROUND GROUP

Vəzifə öhdəlikləri:
Layihələrin tam icrasına cavabdehlik: brief mərhələsindən yekun hesabatlara və bağlanışa qədər
Əməliyyat büdcəsinin hazırlanması və idarə olunması, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli istifadəsi
Promo aksiyaların, BTL tədbirlərin, məhsul lansmanlarının və marketinq fəaliyyətlərinin təşkili və nəzarəti
Risklərin qiymətləndirilməsi, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və daxili proseslərin təkmilləşdirilməsi
Layihə sonrası analiz, rəy toplanması və inkişaf üzrə təkliflərin hazırlanması
100+ nəfərlik komandanın idarə olunması: şöbələrin koordinasiyası, vəzifələrin verilməsi və icraya nəzarət
Biznes proseslərin optimallaşdırılması və resursların səmərəli bölüşdürülməsi
Şöbə, komanda və fərdi əməkdaşlar üçün KPI-ların formalaşdırılması və tətbiqi
Müxtəlif layihələrin paralel idarə olunması, müştərilər, tərəfdaşlar və daxili komandalarla aktiv əməkdaşlıq
Namizdə tələblər:

Ali təhsil (menecment, biznes, marketinq və ya oxşar sahələr üzrə)
Rəhbər vəzifədə, o cümlədən layihələrin idarəsində azı 2 il iş təcrübəsi
100 nəfər və daha çox olan böyük komandanın idarəsində uğurlu təcrübə
Layihə idarəetmə metodologiyaları üzrə biliklər: Agile, Scrum, Waterfall və s.
Strategiyaların hazırlanması, qərarvermə və çoxprosesli iş mühitində effektiv fəaliyyət bacarığı
Excel, Google Sheets, Trello / Asana / Monday kimi proqramlarla sərbəst işləmə bacarığı
Rus dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili — üstünlükdür
Komandaya yönəlik, etik və nəticəyönümlü idarəetmə tərzi
Təklif etdiklərimiz:

Sabit və dinamik inkişaf edən şirkətdə iş imkanı
Böyük və əhəmiyyətli layihələrin rəhbərliyi
Güclü və motivasiyalı komanda ilə işləmək
Rəqabətə davamlı əmək haqqı — fərdi şəkildə müsahibə əsasında müəyyən edilir
5 günlük iş rejimi, saat 09:00-dan 18:00-a qədər
Rəhbərlik tərəfindən peşəkar inkişaf və dəstək
Müraciət üçün “İcraçı Direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz!