İctimaiyyətlə Əlaqələr Şöbəsinin Rəhbəri

Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Head Start Career Development

Təsvir:

Şirkətimiz əməkdaşlıq etdiyi qurum üçün özünü peşəkar sahədə təsdiqləmiş, təşəbbüskar və strateji düşüncə qabiliyyətinə malik İctimaiyyətlə Əlaqələr Şöbəsinin Rəhbərini komandamıza dəvət edir. Namizədin kütləvi informasiya vasitələri ilə effektiv ünsiyyət qurmaq, ictimai rəyin formalaşmasında aktiv rol oynamaq və şirkətin imicinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərmək bacarığı olmalıdır.

Əsas vəzifələr:

İctimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi
Media ilə davamlı və güclü əməkdaşlıq əlaqələrinin qurulması
Rəsmi bəyanatlar, çıxış mətni, press-relizlər və PR materiallarının hazırlanması
Sosial media və digər kommunikasiya kanallarının idarə olunması
Tədbirlərin təşkili və ictimaiyyət qarşısında çıxışların koordinasiyası
Brendin tanınmasına və nüfuzuna yönəlik PR kampaniyalarının planlaşdırılması və icrası
Tələblər:

Yaş həddi: 24–31 yaş
Hərbi xidmət mütləqdir
Ali təhsil (Jurnalistika, PR, Filologiya,Marketing, Menecment və ya əlaqəli sahələr üzrə)
İngilis və rus dillərində yüksək səviyyədə şifahi və yazılı bacarıq
PR və kommunikasiya sahəsində və ya rəhbər kimi iş təcrübəsi
Peşəkar təqdimat və yazılı ifadə bacarığı
Komanda ilə işləmək və rəhbərlik etmək bacarığı
Vakansiya haqqında:

Vakansiya növü Tam ştat
Təcrübə 1-2 il
Təhsil Bakalavr
Əmək haqqı 3700 – AZN