İş Təsviri
Azərbaycan Üzgüçülük Federasiyası
Namizədə tələblər:
Ali təhsil
İdman sahəsində, idman tədbirlərinin təşkili sahəsində minimum 2 il təcrübə
Dil bilikləri: Azərbaycan, rus və ingilis (əla)
Kompüter bilikləri: MS Office proqramları (əla)
Yaxşı təşkilatçılıq və ünsiyyət bacarıqları
Əsas vəzifə öhdəlikləri:
Yerli və beynəlxalq üzgüçülük yarışlarının, təlim-məşq toplanışlarının təşkili prosesində iştirak
Tədbirin texniki təlimatlarının (technical meeting, event schedule, call room qaydaları və s.) hazırlanmasına dəstək
Tədbirlərin vaxtında və effektiv şəkildə keçirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması
Yarış məkanlarının texniki hazırlığına (start sistemi, zamanölçmə, hovuz şəraiti və s.) nəzarət
Tərəfdaş qurumlar, məşqçilər, hakimlər, texniki nümayəndə və iştirakçılarla kommunikasiya və koordinasiya
Yarış üçün qeydiyyatların toplanması və iştirakçı siyahılarının hazırlanması
Start protokolları və nəticələrin operativ şəkildə hazırlanması və paylaşılması
İdman direktoruna tərcümə dəstəyi
İdman direktorunun gündəlik cədvəlinin idarə olunmasında köməklik, birbaşa sorğuların icrası
Əlaqədar beynəlxalq federasiyalar və qurumlarla kommunikasiya prosesinə dəstək
İş şərtləri:
İş vaxtı: 09:00 – 18:00
İş günü: 5/2
Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan şəxslər vakansiyanın adını mövzu bölməsində qeyd etməklə öz CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.