İş Təsviri
ROOF Academic Training
İşin Təsviri:
İmtahan Koordinatoru, Roof Academy İmtahan mərkəzində -müxtəlif növ şirkətdaxili , korporativ imtahanların düzgün və səmərəli şəkildə keçirilməsini təmin edən əsas şəxsdir. Bu vəzifə aşağıdakı məsuliyyətləri əhatə edir:
İmtahanların Təşkili və Keçirilməsi:
Satış komandası və kordinatorlar tərəfindən təyin edilmiş imtahan vaxtlarının və tarixlərinin sistem üzərindən yoxlanılması və müvafiq siyahıya uyğun olaraq komputerlərin öncədən sazlanması.
İmtahan otaqlarının hazırlanması və tələbələrin qəbul edilməsi.
İmtahanın əvvəlində tələbələrə qaydaların izah edilməsi və onlara rəhbərlik edilməsi.
İmtahanın gedişatında tələbələrin müşahidə edilməsi və qaydalara riayət etmələrinin təmin edilməsi.
İmtahan sistemi üzrə hər hansı problem yaranarsa menecere melumat verilməsi və müvafiq tədbirlərin görülməsində iştirak edilməsi.
Nəticələrin Qeydiyyatı və Təhlili:
İmtahan nəticələrinin düzgün formada sistemə qeyd olunması.
Həftə sonu keçirilən sınaq imtahanlarının təşkili və nəzarət.
İmtahan Materiallarının Təhlükəsizliyi və Məxfiliyi:
İmtahan materiallarının təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi.
İmtahan materiallarının düzgün, tam və standartlara uyğun şəkildə sistemə yerləşdirilməsi.
Gündəlik Hesabatların Hazırlanması:
Gün ərzində keçirilmiş imtahanlarla bağlı gün sonunda hesabatların hazırlanması və menecere təqdim edilməsi.
Tələblər:
Minimum 6 ay təcrübə (üstünlükdür).
İngilis dili biliyi (üstünlükdür).
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
Dəqiq və diqqətli olmaq.
Operativ və çevik olmaq.
Komanda ilə işləmək bacarığı.
Gərgin şəraitdə işləmək qabiliyyəti.
Yüksək məntiq və təfəkkür qabiliyyəti.
İş Rejimi:
İş saatları: İkili iş qrafikidir. 9-6 və 12-9 iş qrafikidir. Hər iki qrafikə uyğunluq tələb olunur
Əməkhaqqı 400-500 AZN
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.