İş Təsviri
METAK
İşin təsviri
Məlumat sistemlərində risklərin qiymətləndirilməsi və müvafiq nəzarət tədbirlərinin tətbiqi;
İnformasiya təhlükəsizliyi siyasətlərinin və prosedurlarının hazırlanması, tətbiqi və monitorinqi;
Təhlükəsizlik insidentlərinin (hücum, pozuntu, sızma və s.) aşkarlanması, araşdırılması və cavab tədbirlərinin görülməsi;
İnformasiya təhlükəsizliyi üzrə daxili və kənar auditlərdə iştirak;
Şirkətin daxili sistemlərində, şəbəkələrində və məlumat bazalarında icazəsiz girişlərin qarşısını almaq üçün nəzarət sistemlərinin tətbiqi;
Antivirus, firewall və digər təhlükəsizlik həllərinin təkmilləşdirilməsi;
İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi və təlimatlandırılması.
Tələblər
İnformasiya təhlükəsizliyi üzrə ali təhsil və/və ya beynəlxalq sertifikatlar (GSEC, CEH və s. üstünlükdür);
Ən azı 2-3 il təcrübə informasiya təhlükəsizliyi, IT təhlükəsizliyi və ya sistem administratorluğu sahəsində;
Şəbəkə təhlükəsizliyi, sistemlərin mühafizəsi və məlumatların şifrələnməsi sahəsində biliklər;
Təhlükəsizlik sistemləri və avadanlıqları ilə işləmək bacarığı (SIEM, DLP, IDS/IPS və s.);
Problemləri analiz etmək və operativ həll etmək bacarığı;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri
5 günlük iş həftəsi;
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.