İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi (Linux)

Müraciət sonu: İyun 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

İT sistemlərinin daimi monitorinqi;
Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
Mövcud servislərin dayanaqlılığını təmin etmək;
Bütün dəyişikliklərin sənədləşdirilməsi;
Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;
İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;
24/7 mövcudluğu;
Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
Tələblər

İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
Red Hat (RHCSA, RHCE), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.
Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə;
Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər – inzibatçılıq səviyyəsində;
Python ilə təcrübə;
Proxy və web server-lərlə bağlı iş təcrübəsi – HAProxy, Nginx, Apache və s;
Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;
Openshift – container platforması üzrə ən azı 1 il iş əcrübəsi;
Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;
Bash Script-lə praktiki biliklər;
Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware;
İngilis və rus dilləri üzrə biliklər;
İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək;
Sahə üzrə iş təcrübəsi ən azı 3 il təcrübə.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 3-4 il
Təhsil – Bakalavr