İnşaat mühəndisi

İyun 16, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Puva Construction

Vəzifə öhdəlikləri:

Tikinti layihələrinin texniki sənədlərinin hazırlanması və mövcud layihələrin təhlili
Layihə planlarının yerli norma və standartlara uyğun tərtibi
Tikinti işlərinin planlaşdırılması, təşkili və iş qrafikinə uyğun icrasına nəzarət
Sahədə görülən işlərin layihəyə uyğunluğunu yoxlamaq və texniki nəzarəti həyata keçirmək
Tikinti materiallarının düzgün seçimi və keyfiyyətinə nəzarət
Torpaq işləri, beton, armatur, karkas və digər konstruksiyaların düzgün icra olunmasına nəzarət
Sahə jurnallarının aparılması və gündəlik hesabatların hazırlanması
Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi
Subpodratçılar və işçi heyəti ilə koordinasiyanın təşkili
Layihə rəhbəri və ya texniki direktorla sıx əməkdaşlıq edərək proseslərin vaxtında və düzgün aparılmasını təmin etmək
Tikinti obyektində yaranan texniki problemlərin operativ şəkildə həllini təmin etmək
Namizəddən tələblər:

İnşaat mühəndisliyi üzrə ali təhsil
Minimum 5 il müvafiq sahədə iş təcrübəsi
Layihələndirmə proqramları (AutoCAD, Civil 3D, SAP2000 Excel və s.) ilə işləmə bacarığı
Tikinti normaları və qaydaları haqqında bilik
Komandada işləmə və məsuliyyətlilik bacarığı
İş şəraiti:

İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
İş qrafiki: I -V günlər
İş saatı: 09:00-dan 18:00-a
Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: Namizədin təcrübəsindəm asılı olaraq.