İNŞAAT ÜZRƏ LAYİHƏ RƏHBƏRİ

İyul 1, 2025
AZN3500 - AZN5000
Müraciət sonu: İyul 30, 2025
İndi Müraciət Et

İş Təsviri

Novator Construction

İş barədə məlumat
– Layihənin vaxtında və keyfiyyətlə tamamlanması
– Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi
– Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi
Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi
– Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması
– Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması
– Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi
– Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması
– Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ;Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi
– Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda şirkətin təmsil olunması
– Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi
– Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət
– 6 günlük / 09:00-dan – 18:00-dək

Namizədə tələblər
– Ali təhsil
– Civil layihələrin tikintisi və idarə edilməsi üzrə ən azı 5 il iş təcrübəsi
– Əlavə inşaat proqramları biliyi üstünlükdür
– AutoCAD proqramları biliyi
– Stessə davamlı olmalı
– Problem həll etmə bacarığı olmalı