İnsan Resursları əməliyyatları üzrə mütəxəssis

Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Şam – Fi MMC

Vəzifə öhdəlikləri:

Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və vəzifə dəyişikliklərinin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi,
İşçilərin şəxsi işlərinin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
Arayışlar, xasiyyətnamələr və işçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
Tələblər:

Ali təhsil;
Bəy namizədlərə üstünlük verilir;
İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında biliklər;
Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
Microsoft Office (Word, Excel) proqramlarında işləmək;
Güclü analiz və sosial-kommunikasiya bacarığı;
Operativ və detallara qarşı diqqətcil;
Problemləri həll etmə bacarığı.
Təminatlar:

Karyera yüksəlişi;
Şirkət hesabına nahar yeməyi;
Servis ilə təmin edilmə;
Korporativ nömrə.
Vakansiya haqqında əlavə məlumat:

Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
İş yeri: Güzdək filialı, Bakı-Şamaxı şosesi.
Uyğun namizədlərdən mövzu hissəsində “İnsan Resursları əməliyyatları üzrə mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.