İş Təsviri
Dövlət qurumu
Vəzifə öhdəlikləri:
Müvafiq struktur bölmələrlə əməkdaşlıq edərək, işə qəbul ehtiyaclarını müəyyənləşdirmək və uyğun namizədlərin cəlb olunmasını təmin etmək
Vakansiyalar üzrə işə qəbul prosesini başdan sona planlaşdırmaq, müsahibələrin keçirilməsində iştirak etmək və seçim qərarlarını HR strategiyasına uyğunlaşdırmaq
Yeni işçilərin işə adaptasiya (onboarding) prosesini təşkil etmək və onların ilk aylardakı təcrübəsini izləmək
Performans qiymətləndirmə proseslərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək
Rəhbərlərlə əməkdaşlıq edərək hədəf qoyma, geribildirim və inkişaf planlarının qurulmasını dəstəkləmək
Aşağı performansın səbəblərini müəyyənləşdirmək və müvafiq inkişaf planları hazırlamaq
Performansa əsaslanan motivasiya və mükafatlandırma sistemlərinin tətbiqinə töhfə vermək
Bölmələrin ehtiyaclarına uyğun illik təlim planlarının hazırlanması və icrasına nəzarət
İşçilərin peşəkar və fərdi inkişafını dəstəkləyən daxili və xarici təlim imkanlarını təşkil etmək
Təlimlərin effektivliyini ölçmək və nəticələrə əsasən inkişaf sahələrini müəyyənləşdirmək
Rəhbərlik və liderlik bacarıqlarının inkişafına yönəlik proqramların hazırlanmasında iştirak etmək
Vəzifə üzrə tələblər:
Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər müvafiq sahə üzrə)
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən HR biznes tərəfdaşlığı, işə qəbul, performans və təlim sahələrində təcrübə üstünlükdür
Strateji yanaşma və struktur bölmələrlə əməkdaşlıq təcrübəsi
İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf, əmək qanunvericiliyi sahələrində biliklər
HR analitikası və göstəricilər üzrə anlayış (məsələn: turnover rate, time to hire, training effectiveness və s.)
Güclü təşkilati, analiz və problem həll etmə bacarıqları
MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və PowerPoint)
İnsan resursları ilə bağlı proqram təminatlarında (ATS, LMS və s.) təcrübə üstünlükdür
Azərbaycan dili – əla səviyyədə
Rus və İngilis dilləri – arzuolunandır (xüsusilə yazılı sənədləşmə və təqdimatlar üçün)
Rəhbərlik və komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı
Yüksək dərəcədə məsuliyyətlilik və nəticəyə yönəlik yanaşma
Konfidensiallıq və etibarlılıq prinsiplərinə ciddi riayət
Dəyişiklikləri idarəetmə və təşəbbüskarlıq bacarığı
İş şəraiti
5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
Korporativ nömrə ilə təmin olunma ;
Bazar rəqabətli əmək haqqı ;
İş yeri: Şəhər mərkəzi
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnsan Resursları üzrə Biznes Tərəfdaş” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.