İş Təsviri
Qarant Kredit
Tələblər:
Ali təhsil;
Yaş aralığı: 25-40;
İnsan resursları sahəsi üzrə ən az 1 il iş təcrübəsinə malik olmalı;
Əmək qanunvericiliyinin tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
İnsan resursları üzrə sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
Analitik düsünmə qabiliyyətinin olması.
Öhdəliklər:
Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılması;
Kadr məlumat bazasının, dəyişiklikləri nəzarə almaqla, daim yenilənməsi
Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin (əmək kitabçaları, mənzuniyət uçotu, ezamiyyət uçotu, əmrlər, əmək qabiliyyəti olmaması baradə (xəstəlik) vərəqələri,) aparılması;
İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
Əmək və icra intizam tənbehlərinin sənədləşdirilməsi;
Rəhbərliyin verdiyi tapşırıqların icrası;
Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq.
İş şəraiti
İş qrafiki: həftənin 6 günü,(şənbə günü qısa iş günü saat 10:00-dan 16:00-dək), bazar günü istirahət;
Əmək haqqı: namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında razılaşma ilə təyin olunacaq.