İş Təsviri
PAY Group
Vəzifə barədə bəlumat:
Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
Əmək haqqı kartlarının sifarişinin verilməsi;
Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
Məzuniyyət qrafikinin tərtib edilməsi ;
İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
Xəstəlik vərəqələrinin qeydiyyatı və uçotunun aparılması;
İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
Vəzifə təlimatlarının yazılması;
Vəzifə üzrə tələblər:
Ali təhsil;
Tələb olunan vəzifə üzrə 1-3 il iş təcrübəsi;
Əmək qanunvericiliyinin əsasları;
Ofis proqramları;
Məsuliyyətlilik;
Problem həlletmə bacarığı;
Komandada işləmə bacarığı;
İşə planlı yanaşma;
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
Şənbə və bazar qeyri iş günləridir.
Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığa uyğun olaraq razılaşdırlacaq
İşin xarakterinə əsasən xanım namizədlərə üstünlük veriləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.