İnsan resursları üzrə mütəxəssis/baş mütəxəssis

Müraciət sonu: İyul 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Facility Management Group

Təsvir

Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə edilməsinə nəzarət etmək, habelə əmək müqavilələrinin tərtib olunaraq imzalanmasını təqib etmək;
İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
Heyətin sənədləşmə prosesi ilə bağlı məsələləri koordinasiya etmək;
İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
İşçinin işə götürülməsi, attestasiyadan keçirilməsi, vəzifəsinin dəyişdirilməsi və işdən çıxması ilə əlaqədar lazımi işləri həyata keçirmək və sənədləşmə işlərini görmək;
İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;
Dövlət idarəetmə orqanlarına, eyni zamanda şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
İR əməliyyatları ilə bağlı hesabatların hazırlanması;
Departamentin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı daxili siyasət və qaydaların yazılmasında iştirak etmək.
Tələblər

Müvafiq sahə üzrə ən az 2/5 il iş təcrübəsi;
Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;
Analitik düşüncə və problem həll etmək bacarığı;
Yaxşı səviyyədə EXCEL biliyi,
Yaxşı səviyyədə İngilis və rus dili biliyi.
İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
İmtiyazlar

“Dəyərlisən” PASHA loyality proqramına üzvlük
Rəqabətə uyğun əmək haqqı və bonusdan yararlanmaq imkanı
Şəxsi inkişaf planları
Könüllü tibbi siğorta