İnsan resursları üzrə mütəxəssis (Biləsuvar)

Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Azersun Holding

Müəssisə: AZƏRSUN KƏND TƏS. MƏH MMC

Tələblər:

İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını bilməli;
Miqrasiya məcəlləsini bilməli;
İş haqqında məlumat:

Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması;
Əmək kitabçalarına qeydiyyatların aparılması;
Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
İş Qrafiki:

Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri:

Biləsuvar rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna və ya Müraciət Et düyməsində qeyd olunan link üzərindən göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.