İnsan Resursları üzrə mütəxəssis (Xaçmaz)

Vaxtı bitib.

İş Təsviri

Yalama Agropark MMC

Təsvir

Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin icra edilməsi;
Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması;
İşçi məlumat bazasının mütəmadi yenilənməsi;
Məzuniyyət əmrlərinin hazırlanması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
Əmrlərin, xəstəlik vərəqələrinin hazırlanması və onlara əsasən müvafiq hesablamaların aparılması və nəzarət edilməsi;
Əməkhaqqı və məzuniyyət hesablamalarında iştirak edilməsi;
İR əməliyyatları ilə bağlı hesabatların hazırlanması.
Tələblər

Ali təhsil (İnsan Resursları, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə);
İnsan resursları sahəsində 1 il iş təcrübəsi;
Əmək qanunvericiliyi, kadr uçotu və İnsan resursları prosedurları barədə biliklər;
Sənədlərlə iş (əmr, müqavilə və s.) üzrə təcrübə;
1C və Ms Office (xüsusi ilə Excel) proqramlarını sərbəst istifadə etmək bacarığı;
Konfidensiallıq tələb olunan məlumatlarla işləmək bacarığı;
Detallara diqqət, məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda ilə işləmək bacarığı;
Səlis Azərbaycan dili, İngilis dili biliyi arzuolunandır.
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Təcrübə 1-2 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.