İş Təsviri
Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr
Komputer bilikləri: MS Office – Yaxşı;
Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
İnsan resurslarının idarə edilməsi üzrə (xüsusi ilə kadr kargüzarlıq, işə qəbul, təlim və inkişaf modulları) nəzəri və praktiki biliklər;
İş barədə:
İnsan Resurslarına dair prosedurları hazırlanması və izlənməsi;
İR strategiyasının hazırlanmasıvə hayata keçirilməsi;
İşçi heyətinə aid sənədləşmələrin daxili qaydalara və Azərbaycan Respublikasının Əmək Məcəlləsi qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarəti;
Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
Aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
İş vaxtının norması:
09:00-18:00 / 5 günlük iş həftəsi
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İnsan resursları üzrə şöbə müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.